Kompüterlər əmək bazarını dəyişir
Mərkəzi banklar üçün keçirilən tədqiqata əsasən, avtomatlaşdırma və mürəkkəb kompüter sistemləri dünyada yüksək elmli və aşağı ixtisaslı işçilərə tələbatı artırır, orta səviyyəli mütəxəssislərə ehtiyac isə azalır.
Massaçusets Texnoloji İnstitutunun professoru Devid Autorun məlumatına görə, yalnız yüksəkixtisaslı mütəxəssislər əməkhaqqının artması baxımından irəli düşür, orta və aşağı ixtisaslı işçilər əməkhaqqının azalması ilə üzləşir. Bu, qismən onunla əlaqədardır ki, orta səviyyəli mütəxəssislər üçün iş üçün təkliflərin azalmasına görə onlar nisbətən aşağı ixtisaslı işlə kifayətlənməli olmaqla rəqabəti artırır və əməkhaqqının səviyyəsini aşağı salırlar.
D.Autor qeyd edir ki, kompüterləşdirmə peşələrin genişlənməsinə kəskin təsir göstərsə də, biz hesab etmirik ki, bu, ümumilikdə bağlı əmək bazarları istisna olmaqla son nəticədə əməkhaqqının artmasına təsir edəcək. Onun fikrincə, kompüterləşdirmənin üstünlüklərindən optimal istifadəni nəzərdə tutan istənilən uzunmüddətli strategiya insan kapitalına investisiyalara arxalanmalıdır.
"Hesab edirəm ki, universitet bilikləri tələb etməyən orta səviyyəli peşələr və peşəkar və orta bacarıqlara (savad, problemləri həll etmək bacarığı və sağlam təfəkkür) ehtiyac duyanlar arasında fərq yaxın on illərdə mövcud olmaqda davam edəcək", - o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-da problemlərin yaranmasında daxili əmək bazarına ziyan vuran və onu dəyişən qloballaşma günahkardır. Uzunmüddətli perspektivdə qloballaşma və texnologiyalar ABŞ iqtisadiyyatına müsbət təsir göstərsə də, onların amillərindən irəli gələn vaxt effektləri bəzən iqtisadiyyata dağıdıcı təsir göstərir, - "3DNews
www.3dnews.ru" yazır.