Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Müəllimlər üçün əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu başlayıb


2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu başlayıb. Qəbul prosesi avqustun 29-na qədər davam edəcək.
 
Təhsil Nazirliyindən qeyd edilib ki, namizədlər “Şəxsi səhifə”sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər:
 
“Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaq. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcək”.
 
Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 01.09.2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 (“İçərişəhər” metrosunun yaxınlığı)) müsahibə keçiriləcək.
 
 
Həqiqət İSABALAYEVA




25/08/14    Çap et