Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti HD təsvir ölçülü ekranlı “G3 Stylus” smartfonunu nümayiş etdirib


“LG” şirkəti Berlində keçiriləcək “IFA 2014” sərgisinin keçirilməsinə az qalmış “G3 Stylus” smartfonunu nümayiş etdirib. Aparatın ekranının diaqonalı 5,5 düym, təsvir ölçüsü 540×960 nöqtə təşkil edir.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, aparat 1,3 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib, “microSD” üçün slot var. “LG G3 Stylus” 13 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralarla təchiz edilib,  akkumulyatorun tutumu 3000 milliamper/saat təşkil edir, “Android” platformasının yeni versiyası quraşdırılıb. “G3 Stylus” cihazının ölçüləri 149,3×75,9×10,2 mm, çəkisi 163 qramdır.
 
“LG”-nin yeni smartfonu sentyabrda çıxarılacaq. Qurğunun qiyməti hələ ki açıqlanmayıb.
 
Emil Hüseynov





26/08/14    Çap et