Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kaliforniyada "ölüm düyməsi" ilə təchiz edilmiş smartfonların satışı haqqında qanun qəbul edilib


Kaliforniyanın qubernatoru Cerri Braun pərakəndə satış nöqtələri, operator və istehsalçıları ştatda yalnız uzaq məsafədən bloklanma funksiyasına malik smartfonları satmağa məcbur edən qanun layihəsini imzalayıb. Belə ki, 1 iyul 2015-ci il tarixindən aparatlara başlanğıc ayar kimi “ölüm düyməsi” (Kill Switch) quraşdırılacaq.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bu qaydaya riayət etməyənlər cərimələnəcək: aktivləşdirilməmiş opsiya ilə satılmış hər bir smartfon üçün 500-2500 dollar məbləğində cərimə nəzərdə tutulub.
 
Milli İstehlakçılar Liqasının məlumatına görə, 2012-ci ildə təxminən 1,6 milyon amerikalının telefonu oğurlanıb.
 
Emil Hüseynov




26/08/14    Çap et