Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Stiv Cobs şirkətdən gedən kimi “Apple” səhmləri 5 faiz aşağı düşüb
Stiv Cobsun korporasiyanın baş direktoru vəzifəsini tərk etməsi elan olunandan sonra “Apple” şirkətinin səhmləri 5,2 faiz aşağı düşüb. Bu barədə “Bloomberg” xəbər verib. Agentlik qeyd edib ki, Cobsun korporasiyanın baş direktoru vəzifəsini tərk etməsi xəbərinə aparıcı fond indeksləri reaksiya veriblər.
25/08/11 Çap et