Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
KİV: 2015-ci ildə “Apple” 12,9 düymlük ekranlı “iPad” istehsalına başlayacaq
2015-ci ildə ABŞ-ın “Apple” şirkəti 12,9 düymlük ekranlı “iPad” planşet kompüterlərinin istehsalına başlayacaq.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hazırda şirkətin istehsal xəttində 9,7 və 7,9 düymlük ekranla (iPad Mini) təchiz edilmiş modellər mövcuddur.
“Apple” nümayəndələri bu informasiyaya heç bir münasibət bildirməyiblər.
2014-cü ilin üçüncü maliyyə rübündə “iPad”ın satış həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% azalaraq 13.2 milyon təşkil edib.
9 sentyabr tarixində “Apple” şirkəti yeni qabaqcıl “iPhone 6” smartfonunu nümayiş etdirə bilər.
Emil Hüseynov
27/08/14 Çap et