Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Peyk təsvirlərinin emalı, peyk məlumatları bazaları və onlarla iş qaydaları üzrə təlim kursu keçirilib
Kosmik Tədqiqatlar üzrə Komitə (COSPAR) və Ümumdünya Meteorologiya Təşkilatının (WMO) təşəbbüsü ilə Rusiya Federasiyasının Tver şəhərində Tver Dövlət Universitetində təşkil edilmiş “Məsafədən zondlama, su dövranı və iqlim dəyişmələri” mövzusunda seminar-təlim kursu başa çatıb.
Təlimə Avropa Aerokosmik Agentliyi (ESA), Ümümdünya Meteorologiya Təşkilatı, Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES), Avropa Peyk Meteorologiyası Təşkilatı (EUMETSAT), həmçinin Rusiya Federasiyası Elmlər Akademiyası (RAN) və digər təşkilatlarda çalışan yüksəkixtisaslı mütəxəssislər cəlb olunub. 10 günlük təlim kursunda Azərbaycandan AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Xəzər dənizi problemləri şöbəsinin elmi işçisi Elnur Səfərov iştirak edib.
İnstitutdan bildirilib ki, təlim müddətində iştirakçılar “Peyk müşahidə məlumatlarının hidrometeoroloji proseslərin tədqiqində və ətraf mühitin monitorinqində rolu”, “Peyk təsvirlərinin emalı, peyk məlumatları bazaları və onlarla iş qaydaları”, “Okeanoloji proseslərin peyk müşahidə məlumatları vasitəsilə tədqiqi” və s. mövzularda mühazirələr dinləyib, praktiki məşğələlərdə yaxından iştirak ediblər. İştirakçılar, o cümlədən də gənc alim E.Səfərov təlim kursunu müvəffəqiyyətlə başa vuraraq, məsafədən zondlama sahəsində Beynəlxaq Sertifikata sahib olub.
Həqiqət İSABALAYEVA
27/08/14 Çap et