Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Server bazarında artım qeydə alınıb
Server bazarında uzunmüddətli enişdən sonra artım qeydə alınıb.
“International Data Corporation” (IDC) tədqiqat agentliyi analitiklərinin hesablamalarına görə, 2014-cü ilin ikinci rübündə server istehsalçılarının ümumi gəliri 12,6 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 2,5% çoxdur. Əvvəlki beş rüb məhsul satışının həcmi davamlı azalıb. Ötən rüb serverlərin tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artaraq 2,2 milyona çatıb.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, başlanğıc səviyyəli serverlər seqmentində tədarük 4,9% yüksəlib ki, bu da beşinci ardıcıl artımdır. Bu halda orta səviyyəli aparatların buraxılışı 11,6% artıb və məhsuldar sistem sektorunda 9,8%-lik azalma qeydə alınıb.
“HP” şirkəti server satışı üzrə birinci yerdə qərarlaşıb: şirkət 2014-cü ilin ikinci rübündə 3,2 milyard dollar qazanıb ki, bu da ötənilki göstərici ilə müqayisədə 4% daha yüksəkdir.
Sözügedən bazarda ikinci yerdə “IBM”, üçüncüdə isə “Dell” şirkətləri qərarlaşıb.
Emil Hüseynov
27/08/14 Çap et