Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniya məmurların sosial şəbəkələrlə işləməyi öyrənməsinə təxminən 166 min dollar xərcləyib


“Telegraph” qəzeti yazıb ki, Böyük Britaniya hökuməti 2010-cu ildən etibarən ölkənin Xarici İşlər Nazirliyi əməkdaşlarının müxtəlif sosial şəbəkələrlə işləməyi öyrənməsinə təxminən 166 min dollar xərcləyib.
 
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, mənbə yazır ki, belə kurslar XİN əməkdaşlarına informasiyanı sosial şəbəkələrdən operativ əldə etməsi və böhran vəziyyətində məlumatları izləməsi üçün lazımdır.
 
Emil Hüseynov
 




27/08/14    Çap et