Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan elektron imza tariflərinin müəyyən edilməsi üzrə qaydaların beynəlxalq müzakirəsinin təşəbbüskarı kimi çıxış edib
Sentyabrın 22-24 tarixlərində Daşkənddə (Özbəkistan) Regional Rabitə Birliyinin informasiyalaşdırma və kommunikasiyalar iqtisadiyyatı üzrə komissiyalarının birgə 31/34-cü iclası keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan RRB-nin iclaslarında elektron imzanın istifadəsi üzrə tariflərin müəyyən edilməsi qaydalarının müzakirəsinin təşəbbüskarı kimi çıxış edəcək.
Tədbirdə eyni zamanda, informasiya cəmiyyətinin inkişafı sahəsində MDB ölkələrinin əməkdaşlıq strategiyasının həyata keçirilməsi, 2015-ci ilədək onun reallaşdırılması üzrə fəaliyyət planı və bir sıra digər məsələlər müzakirə olunacaq.
Aynur Vəliyeva
27/08/14 Çap et