Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avstraliyanın aviasərnişinlərinə uçuş zamanı cihazlardan istifadəyə icazə veriblər
“Engadget” portalı yazır ki, Avstraliyanın “Qantas” və “Virgin Australia” aviaşirkətlərinin sərnişinlərinə təyyarənin bortunda elektron qurğulardan istifadəyə icazə verilib.
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bundan əvvəl Avstraliyanın Hava Nəqliyyatı Təhlükəsizliyi Agentliyi bütün uçuş müddətində cihazların söndürülməsini tələb edib, indi isə bu tələb olunmur. Ancaq qurğular yalnız uçuş rejimində işləyə bilər.
"Biz əmin olmalı idik ki, telefonlar təyyarənin cihazlarına maneə yaratmır – “Qantas” mühəndislik xidmətinin direktoru Alan Miln deyib. Biz sınaqlara tamamilə yekun vurduqdan sonra bu nəticəyə gəlmişik ki, telefonların heç bir təsiri yoxdur".
ABŞ, Avropa və Yeni Zelandiyada aviaşirkətlər uçuş və enmə istisna olmaqla, uçuş zamanı sərnişinlərdən telefonları söndürməyi tələb etmir.
Emil Hüseynov
28/08/14 Çap et