Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPhone” və “iPad” sahibləri “Android” istifadəçiləri ilə müqayisədə 40 faiz daha çox qazanırlar
"PhoneArena" saytı yazır ki, "ComScore" şirkəti ABŞ-ın mobil qurğu istifadəçiləri arasında genişmiqyaslı tədqiqat keçirib. Nəticələr mütəxəssisləri bir qədər təəccübləndirib.
Belə ki, tədqiqata əsasən, smartfon sahiblərinin 66 faizi ayda birdən az tətbiq quraşdırır, "iPhone" və "iPad" sahiblərinin illik gəliri "Android" qurğu sahibləri ilə müqayisədə 40 faiz yüksəkdir.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, sosial şəbəkələr əvvəlki kimi mobil qurğularda ən populyar tətbiqlərdir. Sonrakı yerlərdə oyun və radio tətbiqləri qərarlaşıb.
Emil Hüseynov
28/08/14 Çap et