Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Archos” “Windows 8.1” ilə işləyən “WP” smartfon və planşetini nümayiş etdirib


Berlində keçiriləcək “IFA 2014” sərgisinə az müddət qalmış “Archos” şirkəti bir neçə yeni aparatını (“Windows Phone 8.1” platforması ilə işləyən “Archos 40 Cesium” smartfonu və “Windows Phone 8.1” platforması ilə işləyən “Archos 80 Cesium Tablet” planşeti) nümayiş etdirib.

Birinci qurğu təxminən 130 dollara sentyabrda, ikinci isə 215 dollara oktyabrda satışa çıxarılacaq.

“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Archos 40 Cesium” smartfonu 800×480 nöqtə təsvir ölçülü 4 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 200” çipi və 512 MB əməli yaddaşla təchiz olunub. Model sarı, mavi və qara rənglərdə əlçatan olacaq.

“Archos 80 Cesium Tablet” planşeti 1280×800 piksel təsvir ölçülü 8 düymlük ekran, həmçinin dördnüvəli “Intel” prosessoru ilə təchiz edilib.

Emil Hüseynov
 
 




28/08/14    Çap et