Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yüksək Texnologiyalar Parkı Estoniya şirkəti ilə memorandum imzalayacaq
Sentyabrın 28-də Estoniyada Azərbaycan-Estoniya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə ediləcək.
Eyni zamanda, komissiyanın iclasında “Lampserve inc” Estoniya-Yapon şirkəti ilə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı arasında birgə tədqiqatların aparılması haqda niyyət memorandumunun imzalanması nəzərdə tutulur.
Memorandum çərçivəsində LED lampaların istifadəsi ilə radiodalğalar üzərindən “Wi-Fi” məkanın yaradılması və yüksək sürətlə internetə çıxışın təmin edilməsi üzrə innovativ texnologiyanın tətbiqi sahəsində birgə tədqiqatların aparılması nəzərdə tutulur.
Aynur Vəliyeva
28/08/14 Çap et