Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti dairəvi ekranlı “ağıllı” saatını nümayiş etdirib


“LG” şirkəti dairəvi siferblata malik “LG G Watch R” “ağıllı” saatını nümayiş etdirib.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, cihaz 1,3 düymlük ekrana malik olacaq, onun matrisi plastik işıq diodları texnologiyası (P-OLED) əsasında hazırlanıb.
 
Qurğu “Android Wear” əməliyyat sistemi ilə işləyir, onun üçün “Google Play” tətbiq mağazasında kənar proqramlar var. Saat telefona gələn mesaj və zənglər haqda istifadəçini xəbərdar edir, ürək ritmini  izləyir, həmçinin hava proqnozunu göstərir.
 
“LG G Watch R” cihazı 1.2 QHs takt tezlikli “Snapdragon 400” prosessoru, 4 QB-lıq daxili yaddaş, 410 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Saat IP67 standartı üzrə toza və suya davamlıdır və bir metr dərinliyində suyun içində işləməyə imkan verir.
 
Emil Hüseynov




29/08/14    Çap et