Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəsmi: sentyabrın 9-da “iPhone” smartfonu nümayiş etdiriləcək


“Apple” şirkəti sentyabrın 9-da keçiriləcək tədbirə jurnalistləri dəvət edib. Tədbirdə yeni nəsil “iPhone” smartfonlarının təqdim ediləcəyi gözlənilir.
 
"Biz bu haqda geniş danışmaq istəyərdik" – ağ-*boz tonda tərtib edilmiş dəvətdə yazılıb. Tədbir Kupertino şəhərində keçiriləcək və 9 sentyabr tarixində Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tədbirdə iki yeni “iPhone” smartfonu (4.7 və 5.5 düymlük diaqonala malik ekran) nümayiş etdiriləcək. Şayiələrə görə, qurğuların ekranı sapfir şüşədən hazırlanacaq, yeni “iPhone” smartfonlarının arxa panelində “Apple”ın işıq saçan loqosu ola, həmçinin qurğu “NFC” modulu ilə təchiz edilə bilər.
 
Emil Hüseynov
 
 




29/08/14    Çap et