Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Estoniya şirkəti “Baku Expo Center” sərgi salonunda pulsuz “Wi-Fi” məkanı yaradacaq


Bu il Bakıda dekabrın 2-5 tarixlərində keçiriləcək “Bakutel 2014” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları üzrə sərgi-konfransı çərçivəsində innovativ texnologiya vasitəsi ilə pulsuz “Wi-Fi” məkanın yaradılması təcrübəsi nümayiş ediləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Lampserve inc” Estoniya-Yapon   şirkəti LED lampaların istifadəsi ilə radiodalğalar əsasında sərginin keçiriləcəyi “Baku Expo Center”də 500 kvadrat metr sahəni əhatə edən “Wi-Fi” şəbəkəsi yaradaraq yeni icad etdiyi texnologiyanı təqdim edəcək.
 
Aynur Vəliyeva
 




29/08/14    Çap et