Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “Samsung”un satışlarına qadağa qoyulmasına nail olmayıb


"Apple" "Samsung" brendinə məxsus smartfon və planşetlərin ABŞ-da satışına qadağa qoyulmasına nail olmayıb. ABŞ-ın Federal Məhkəməsi Cənubi Koreya istehsalçısının xeyrinə qərar çıxarıb.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2014-cü ilin mayında məhkəmə "Samsung"u "Apple"a məxsus üç patentin pozulmasında təqsirli bilib. Məhkəmənin qərarına əsasən, "Samsung" şirkəti 120 milyon dollar məbləğində cərimələnib, halbuki "iPhone" istehsalçısı 2,2 milyard dollar dəyərində kompensasiyaya ümid edirdi. Bu qərardan sonra "Apple" rəqibin müəyyən məhsullarına müddətsiz məhkəmə qadağası çıxarılmasını tələb edib.
 
Amma dairə hakimi Lüsi Kox ABŞ şirkətinin arqumentlərini qadağa haqqında qərarın çıxarılması üçün kifayət qədər əsaslı hesab etməyib.
"Biz bu qərarı alqışlayırıq. Əvvəlki kimi amerikalı istehlakçılara geniş innovasiya məhsulları seçimi yaratmağa çalışırıq" – "Samsung" şirkətinin nümayəndəsi bildirib.
 
Emil Hüseynov
 

 




29/08/14    Çap et