Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnkişaf etməkdə olan ölkələrin qlobal smartfon tədarükünə töhfəsi 80 faiz faizə çatacaq
"IDC" tədqiqat şirkəti inkişaf etmiş ölkələrdə artım tempinin azalmasına baxmayaraq, 2014-cü ildə qlobal smartfon bazarında təxminən 24 faizlik artım proqnozlaşdırır.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, analitiklərin proqnozuna əsasən, cari ildə kommunikatorların tədarükü 1,25 milyardı ötəcək ki, bu da ötən illə müqayisədə 23,8 faiz yüksəkdir. Ekspertlər hesab edirlər ki, 4 il bu bazarın həcmi 1,8 milyard qurğuya çatacaq. Əgər qiymətləndirmə düz olsa, 2013-2018-ci illərdə orta illik artım tempi 12,7 faiz təşkil edəcək.
"IDC" analitikləri hesab edirlər ki, artım əsasən inkişaf etməkdə olan ölkələr tərəfindən təmin ediləcək. 2011-ci ildə ümumi smartfon tədarükünün 50 faizdən çoxu onların payına düşüb və tezliklə bu töhfə daha çox nəzərə çarpacaq. 2014-cü ildə inkişaf etməkdə olan regionlara 920,8 milyon "ağıllı" telefon tədarük ediləcək, artım tempi ümumi bazar göstəricisini ötərək 32,4 faiz təşkil edəcək. 2018-ci ilədək inkişaf etməkdə olan bazarların payı 79,5 faiz və ya 1,4 milyard olacaq.
"IDC" hesabatına əsasən, 2018-ci ildə inkişaf etməkdə olan ölkələrdə kommunikatorların orta satış qiyməti 677-dən 211 dollaradək azalacaq. İnkişaf etmiş bazarlarda bu tendensiya müşahidə olunacaq və proqnozlaşdırılan dövrün sonunadək bu ölkələrdə smartfonlar 411 dollaradək ucuzlaşacaq.
Emil Hüseynov
29/08/14 Çap et