Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” “Apple”ı qabaqladı


"Huawei" şirkəti "Apple"ı qabaqlayaraq ekranı sapfir şüşə ilə təchiz edilmiş smartfon nümayiş etdirib. Tezliklə Çində yeni "Ascend P7 Sapphire Edition" modelinin satışlarına başlanılacaq. Mətbuat xidmətindən, həmçinin bildirilib ki, aparat LTE dəstəyinə malik olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, aparatın adını nəzərə alsaq, yeni cihaz məhdud sayda buraxılacaq və yalnız yerli operatorların "4G" şəbəkələrinə qoşula biləcək. "Ascend P7" modelinin qiyməti və xarakteristikaları dəqiq məlum deyil.
 
Sintetik sapfir şüşə "Gorilla Glass" ilə müqayisədə 3-4 dəfə daha etibarlı sayılır. Bundan başqa, bu material rəngsiz, çox möhkəmdir (2030 selsi  dərəcə temperaturda əriyir).
 
Emil Hüseynov





30/08/14    Çap et