Argentina istehsallı ilk peyk Yerətrafı orbitə buraxılacaq
Argentinanın istehsalı olan ilk peyk ötən şənbə Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromuna göndərilib. Oradan peykin sentyabrın ortalarında Yerətrafı orbitə buraxılması planlaşdırılır.
Ölkənin cənubundakı Rio-Neqro əyalətində San-Karlos-de-Bariloçe şəhərində yaradılan və “Arsat-1” adlandırılan peyk Argentina və sərhədyanı ölkələrin ərazisində televiziya və internet siqnallarının, eləcə də məlumat və telefoniyanın ötürülməsi üçün nəzərdə tutulub. Rəsmi məlumatlara görə, bu layihəyə 250 milyon dollar yatırılıb.
Bu, ölkə ərazisində yaradılan ilk belə aparatdır. Ekspertlərin hesablamalarına görə, Argentina 2015-ci ilin iyulunda kosmosa “Arsat-2” peykini göndərə biləcək. Hazırda mütəxəssislər “Arsat-3” layihəsi üzərində işə başlayıblar.
Argentina Nazirlər Kabinetinin rəhbəri Xorhe Kapitaniç bildirib ki, Argentina xalqı öz alimləri ilə fəxr etməlidir, - “İTAR-TASS
www.itar-tass.com” yazır.