Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər amerikalı məşhurların açıq-saçıq şəkillərini internetdə yerləşdiriblər


Naməlum haker Hollivud məşhurlarının şəxsi yazışmasına müdaxilə edərək onların şəkillərini internetdə yerləşdirib.
 
TMZ saytı yazıb ki, kibercinayətkarın hərəkətindən Cennifer Lourens, Keyt Apton, Kirsten Danst və başqa aktrisalar zərər çəkib.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Cennifer Lourensin rəsmi nümayəndəsi bildirib ki, artıq hüquq-mühafizə orqanları hadisədən xəbərdardır və hakerin həbsi üçün tədbirlər görülür.
 
Emil Hüseynov




01/09/14    Çap et