Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo Mail” elektron poçt xidməti 100 milyon aktiv istifadəçi həddini keçib


“Yahoo” şirkəti onun “Yahoo Mail” elektron poçt xidmətinin bu yaxınlarda 100 milyon aktiv istifadəçi həddini keçdiyini bildirib.

Bir neçə ay əvvəl “Yahoo Mail” xidmətinin yeni versiyası çıxarılıb. Həmin versiya “Facebook”, “Twitter”, “Zynga”, həmçinin, digər elektron poçt xidmətləri ilə daha yaxşı inteqrasiya olunub.

Cari ilin may ayında “Yahoo” şirkəti “Yahoo Mail”də 90 milyon hesabın olması haqqında bildirmişdi.

Həmçinin, şirkət bu gün istifadəçilərin rəyləri əsasında poçt xidmətinin interfeysində bir sıra təkmilləşdirmələr etdiyini bildirib.




25/08/11    Çap et