Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 7” dünyanın ən populyar əməliyyat sistemidir


“Windows 8” platformasının əməliyyat sistemləri (ƏS) bazarında payı artır.
 
160 milyondan çox istifadəçinin aktivliyini araşdıran “Net Applications” analitik şirkətinin hesablamasına əsasən, 2014-cü ilin avqustunda “Windows 8.1” platforması dünyadakı fərdi kompüterlərin (FK) 7.09 faizinə quraşdırılıb. “Windows 8” sistemi öz payını 6,28 faizədək artırıb.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, masaüstü proqram platformaları bazarının 51,21 faizinə nəzarət edən “Windows 7” sistemi əvvəlki kimi liderdir. İyul ayı ilə müqayisədə sözügedən sistemin göstəricisi, demək olar ki, dəyişməyib.

“Microsoft” üçün köhnə “Windows XP” ƏS-i əsas problem olaraq qalır, bu platformanın dəstəyi bir neçə ay əvvəl dayandırılıb. Buna baxmayaraq, “Windows XP” dünyadakı FK-lərin 23.89 faizinə quraşdırılıb. 2014-cü ilin iyulunda bu göstərici 0,93 faiz daha çox olub.

Alternativ əməliyyat sistemlərinə gəlincə, avqustda 4.29 faiz bazar payı yığmış “Mac OS X 10.9” liderdir. “Linux” sisteminin payı yalnız 1.67 faizdir.
 
Emil Hüseynov




02/09/14    Çap et