Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti ucuz smartfonların istehsalına başlayır


“Google” şirkəti 15 sentyabr tarixində Hindistanda tədbir keçirəcək. İnternet-axtarış sistemi daha sonra tədbir haqda ətraflı məlumat verməyə dair söz verib. Tədbirdə “Android One” təşəbbüsü haqda ətraflı danışılacaq. Bu təşəbbüs çərçivəsində inkişaf etməkdə olan bazarlar üçün yüksəkkeyfiyyətli və ucuz smartfonların buraxılması planlaşdırılır.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, mayda “Google I/O” konfransında çıxış etmiş internet şirkətin vitse-prezidenti Sundar Piçay “Android One” təşəbbüsünü qısaca təsvir etmişdi. O deyib ki, bu istehsal xəttinə məxsus məhsulların qiyməti 100 dolları ötməyəcək.
 
“Google”un növbəti tədbiri Hindistanda təsadüfən keçirilmir, çünki “Android One” seriyasına məxsus birinci smartfon bu ölkədə çıxarılacaq. Artıq məlumdur ki, aparat  4,5 düymlük ekran, FM-radio, iki SİM kart dəstəyi və “microSD” yaddaş kartı ilə təchiz ediləcək. Qurğu payızda buraxılacaq.
 
Emil Hüseynov
 




02/09/14    Çap et