Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Meizu MX4” smartfonu rəsmən təqdim olunub


“Meizu” şirkəti rəsmən “MX4” smartfonunu nümayiş etdirib. Yeni model “MediaTek” prosessoru ilə təchiz edilməyib. Səkkiznüvəli “MT6595” çipi 2,2 QHs takt tezliyində işləyən dörd “Cortex-A17” nüvəsi, həmçinin 11.7 QHs takt tezliyində işləyən dörd “Cortex-A7” nüvəsinə malikdir. Əməli yaddaşın həcmi 2 QB təşkil edir.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Meizu MX4” smartfonunun 5,36 düymlük ekranının təsvir ölçüsü 1920×1152 nöqtə (418 ppi) təşkil edir, yüksək parlaqlığı (500 kd/m²) və kontrastlığı (1100:1) ilə fərqlənir. Aparat 2 meqapiksellik ön kamera, həmçinin “Exmor RS” sensorlu 20,7 meqapiksellik əsas fotomodulla təchiz olunub.
“Meizu MX4” smartfonunun ölçüləri 144 × 75,2 × 8,9 mm, modifikasiyadan asılı olaraq daxili yaddaşın həcmi 16/32/64 QB, akkumulyatorun tutumu 3100 milliamper/saat təşkil edir. Həmçinin daxili barometr və simsiz rabitə modullarının standart dəsti mövcuddur.
 
“Meizu MX4” smartfonunun 16 QB-lıq daxili yaddaşa malik modifikasiyasının qiyməti təxminən 293 dollar, 32 QB-lıq modifikasiya isə 325 dollar təşkil edir. Aparat ilkin sifariş üçün əlçatandır, alıcılar sentyabrın 20-dən başlayaraq smartfonu satın ala biləcəklər.
 
Emil Hüseynov
 




03/09/14    Çap et