Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vergilər Nazirliyi yeni giriş-çıxış sistemi yaradır


Azərbaycanın Vergilər Nazirliyi yerli  İT şirkətlə yeni sistemin qurulması üzrə müqavilə imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilə nazirliyin bu il elan etdiyi tenderin qalibi “Caspel” şirkəti ilə bağlanılıb.
 
Müqaviləyə əsasən “Caspel” şirkəti nazirliyin giriş-çıxış sisteminin qurulmasını öz öhdəsinə götürüb.
 
Müqavilədə nəzərdə tutulmuş xidmətlərin təşkili ümumilikdə 445 427,17        manat təşkil edir.
 
Aynur Vəliyeva

 
 




03/09/14    Çap et