Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Əşyaların interneti” yarımkeçirici sahənin inkişafında mühüm rol oynayacaq


Dünyanın ən böyük müqavilə istehsalçısı “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) şirkətinin nümayəndələri hesab edir ki, yaxın 3-5 ildə “əşyaların interneti” yarımkeçirici sahədə əsas artım drayveri olacaq.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “əşyaların interneti” və daşınan elektronikanın inkişafı mikrokontrollerlər, təsvir datçikləri, “Wi-Fi” və “Bluetooth” adapterləri kimi ən əhəmiyyətli yarımkeçirici komponentlərə tələbatı stimullaşdıracaq, Tayvanda keçirilmiş “SEMICON” sərgisində “TSMC” bölməsinin baş direktoru Con Vey deyib.
 
O, həmçinin bildirib ki, “TSMC” buna hazır olacaq və müxtəlif məhsulun istehsalı üçün bütün lazımi texnologiyaları təklif edəcək.
 
“SEMICON” forumunda, həmçinin səslənib ki, 2014-cü ildə qlobal yarımkeçirici avadanlığı bazarının həcmi 20,8% artaraq 38,4 milyard ABŞ dolları təşkil edəcək. Növbəti il bu göstərici daha 11% artaraq 42,6 milyard dollara çatacaq.
 
Emil Hüseynov




03/09/14    Çap et