Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyanın məxfi məlumatları ələ keçib?!



Yaponiyanın "The Yomiuri Shimbun" qəzeti yazıb ki, Yaponiya hökumətinə məxsus təyyarələrin uçuşları haqqında informasiya smartfon üçün adi kommersiya tətbiqi vasitəsilə əlçatan olub.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, nəşr yazır ki, həmçinin "Japanese Air Force One" kimi tanınan hökumət təyyarələri xarici səfərlər zamanı Yaponiya baş naziri və ölkənin ən yüksək məmurlarının uçuşu üçün istifadə olunur. Təhlükəsizliklə bağlı bu uçuşlar haqda məlumat məxfi saxlanılır.
 
Bununla belə, qəzet yazır ki, İsveçin "Flightradar 24" kommersiya tətbiqi hökumət təyyarələrinin koordinat, marşrut və sürətini aşkar edə, həmçinin havada toqquşmağa mane olan ADS-B xüsusi siqnalının köməyi ilə təyyarələrin cari mövqeyini göstərə bilər.
 
Emil Hüseynov





03/09/14    Çap et