Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İT şirkətləri 138 milyon məbləğində cərimələndi
Avropa Komissiyası mobil telefon və bank kartları üçün çiplərlə bağlı qiymət sövdələşməsinə görə "Samsung", "Philips" və "Infineon" elektronika istehsalçılarını 138 milyon avro məbləğində cərimələyib.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Avropa Komissiyası aşkarlayıb ki, elektronika istehsalçıları məxfi kommersiya informasiyası (qiymət, danışıq və sifarişçilər haqqında məlumat və sairə) ilə mübadilə ediblər.
Nəticədə "Samsung" şirkəti 35,1 milyon, "Philips" şirkəti 20,1 milyon, "Infineon" isə 82,8 milyon avro dəyərində cərimələnib.
"Renesas Technology" şirkəti kartel sövdələşmənin üstünü açdığı üçün cərimə ödəməyəcək.
Emil Hüseynov
03/09/14 Çap et