Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Naxtel” CDMA simsiz rabitə operatoru Naxçıvanda LTE (4G) texnologiyasının tezliklərini və lisenziyasını alıb


 "Naxtel" CDMA simsiz rabitə operatoru Naxçıvan Muxtar Respublikasında  LTE (4G) texnologiyasının tezliklərini və lisenziyasını alıb.
 
Bu haqda jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
 
"Hazırda "Naxtel" Naxçıvandan savayı, Azərbaycanın digər rayonlarında da fəaliyyət göstərmək üçün müraciət edib. Birinci mərhələdə biz onun rouminq xidmətlərini təşkil edəcəyik, sonradan isə onun bütün Azərbaycan ərazisində lisenziyalaşdırılması məsələsinə baxacağıq. Tezliklərin toqquşması olmasa, biz yəqin ki, bu imkanı onlara verəcəyik", - deyə nazir qeyd edib.
 




03/09/14    Çap et