Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Microsoft-Azərbaycan" startap müəlliflərinə 50 min dollarlıq pulsuz proqram təminatı verəcək



"Microsoft-Azərbaycan" şirkəti “BizSpark” proqramı çərçivəsində startap müəlliflərinə 50 min dollarlıq pulsuz proqram təminatı təqdim edəcək.
 
Şirkətin rəhbəri Rüfət Hacıəlibəyovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu imkan Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında işləyən startaperlərə  təqdim ediləcək.
 
“Bu imkanlar bizim Yüksək Texnologiyalar Parkı ilə imzaladığımız memorandum çərçivəsində təqdim ediləcək. Startaperlər  “Microsoft”un bu proqramlarını öz startaplarının yaradılması üçün platforma kimi istifadə edə bilərlər. Gələcəkdə Texnopark tam gücü ilə işə başladıqdan sonra hər bir startap layihəsi üzrə ayrıca müqavilələr bağlana bilər. Eyni zamanda, biz İT kadrların peşəkar potensialının artırılması sahəsində Yüksək Texnologiyalar Parkına dəstək olmaq niyyətindəyik”, - deyə o qeyd edib.
 
Aynur Vəliyeva




04/09/14    Çap et