Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maliyyə Nazirliyinin “Facebook” və “Twitter” rəsmi səhifələri yaradılıb


Maliyyə Nazirliyi (MN) Azərbaycanda internet istifadəçilərinin sayının çoxluğunu nəzərə alaraq informasiya-kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən yararlanmaqda davam edir.
 
Nazirlik son zamanlar ölkə əhalisi arasında populyarlığı artan sosial şəbəkələrdən yararlanmağa qərar verib.
 
 Bununla əlaqədar olaraq  MB-nin
həm “Facebook”, həm də “Twitter” sosial şəbəkələrində rəsmi səhifələri yaradılıb. Nazirliyin mətbuat xidmətindən “ICTnews.az"a verilən məlumata görə, vətəndaşlar “Facebook” (https://www.facebook.com/maliyye.gov.az) və “Twitter”də  mötərizədə göstərilən linklərə daxil olmaqla intensiv əlaqə saxlaya bilərlər.
 
Bundan başqa, sosial şəbəkə istifadəçiləri MN-in fəaliyyəti ilə bağlı məlumatları bu səhifələrdən də asanlıqla əldə edəcəklər. “Sosial şəbəkədəki səhifələr vasitəsi ilə vətəndaşlar nazirliyə müraciət edə, müəyyən problemləri haqqında yaza bilərlər.
 
Qeyd edək ki, yalnız yuxarıda qeyd olunan ünvanlar Maliyyə Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələridir.
 
 
SEYMUR
 
 
 




04/09/14    Çap et