Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” yeni kompüter avadanlıqları alır


Azərbaycanın Milli Peyk Operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti informasiya texnologiyalarının təchizatı ilə bağlı iki müqavilə imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilələr yerli "Bestcomp Group" və “Maybo” şirkətləri ilə bağlanılıb.
 
Ümumi dəyəri 49 min manata yaxın  olan “Bestcomp Group” şirkəti ilə imzalanan müqavilə “Azərkosmos”un kompüter və kompüter avadanlıqları ilə təchiz edilməsini nəzərdə tutur.
 
“Azərkosmos”un  “Maybo” şirkəti ilə bağladığı müqavilə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin yerüstü sistemləri üçün ehtiyat avadanlıqlarının satın alınmasını ehtiva edir.
 
 Müqavilənin ümumi dəyəri 49 min manat civarındadır.
 
 
Aynur Vəliyeva
 




04/09/14    Çap et