Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya Bankı Azərbaycanda İT sahəsinə girovsuz kreditlərin verilməsi təcrübəsinin tətbiqinə ehtiyac olduğunu hesab edir


Azərbaycanın İKT sektorunda qısa zamanda nail olduğu irəliləyiş Dünya Bankı tərəfindən yüksək dəyərləndirilir və beynəlxalq səviyyədə ölkənin təcrübəsi nümunə kimi gətirilir.

Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko “ICTnews” xəbər xidmətinə bildirib ki, Azərbaycan İKT sahəsində və əsasən də elektron xidmətlərin inkişafı  sahəsində böyük nailiyyətlər əldə edib.

“Gələcəkdə informasiya texnologiyaları bazarının daha da intensiv inkişafına nail olmaq üçün maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsinə və yeni maliyyə alətlərinin və təcrübəsinin tətbiqinə ehtiyac var. Bildiyiniz kimi, İT sənayesinin, heç də digər sənaye müəssisələri kimi girov kimi təqdim edə biləcəyi əmlakı yoxdur. Çünki burada sahibkarın malik olduğu əsas atribut ideyadır, buna görə də, burada girovsuz kreditlərin verilməsi təcrübəsinin tətbiqinə ehtiyac var”, - deyə o bildirib.
 
Aynur Vəliyeva
 
 
 




04/09/14    Çap et