Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi 110 Gbp/s-ə çatıb
Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, ölkəyə daxil olan beynəlxalq internet trafikin həcmi artıb.
“ICTnews” xəbər xidmətinin “Delta Telecom” şirkətinin rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir neçə ay ərzində məzuniyyət dövrü olduğu üçün qeyri-stabil olmasına baxmayaraq 2 faizədək artaraq 110 Gbp/s təşkil edib. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 36 faiz artıb.
Ölkənin çıxış trafikinin maksimal həcmi son aylar ərzində 20 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 25 faiz artıb.
Aynur Vəliyeva
05/09/14 Çap et