Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ilin əvvəlindən domenlərin sayının xalis artımı 1929 domen təşkil edib
Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22760 domen təşkil edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ilin əvvəlindən bu günədək 5607 domen qeydiyyatdan keçirilib, 3678 domen isə ləğv edilib, beləliklə, bu ilin əvvəlindən qeydə alınan milli domen adlarının xalis artımı 1929 domen təşkil edib.
Hazırda Azərbaycanda 21207 *.az, 957 *.com.az, 178 *.edu.az, 123 *.org.az, 68 *.net.az, 70 *.co.az, 38 *.int.az, 57 *.info.az, 32*.pp.az, 17 *.biz.az, 9 *.name.az, 1 *.mil.az, 1 *.pro.az domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 3 domen adı qeydə alınıb GENCE.AZ, SHEKI.AZ, GANJA.AZ.
Son üç ildə *.az domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 domen adı olub. Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib. Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb, bu il isə domen sayının 40% artımı proqnozlaşdırılır.
Aynur Vəliyeva
05/09/14 Çap et