Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi kompüterlər sayəsində “ağıllı” internet qurğular bazarı inkişaf edib


“IDC” tədqiqat şirkətinin yeni hesabatına əsasən, Qərbi Avropanın internetə çıxışa (smart connected device, SCD) malik “ağıllı” qurğular bazarı artan temp üzrə inkişafa davam edir:

2014-cü ilin ikinci rübündə masaüstü və portativ fərdi kompüter (FK), planşet (hibrid modellər daxil olmaqla) və smartfonların bu regiona ümumi tədarükü ötən illə müqayisədə 2.8% artaraq 52,5 milyona çatıb.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər “Windows XP” əməliyyat sisteminin dəstəyinin dayandırılması və “Windows 7” ilə işləyən FK-in köhnəlməsi korporativ istifadəçilər və adi istehlakçılar arasında masaüstü və noutbuklara tələbatın artmasına imkan yaradıb, buna görə də ötən rüb Qərbi Avropa ölkələrinə sözügedən qurğuların tədarükü illik hesablama üzrə 25,2% yüksəlib.

Planşetlərin tədarükü, əksinə, 12,5% azalaraq 7,6 milyon təşkil edib. Fabletlər (böyükölçülü smartfonlar) buna səbəb olub. Hibrid qurğuların seqmentində vəziyyət daha yaxşıdır – ötən ilin müvafiq dövrü ilə müqayisədə bu cihazların tədarükü 10.7% yüksəlib.

Smartfonlara yüksək tələbat qeydə alınıb: bu qurğuların regiona tədarükü 31,7 milyona çatıb.

Emil Hüseynov




05/09/14    Çap et