Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yer qabığı dinamikasını öyrənmək məqsədi ilə yüksək dəqiqlikli GPS ölçü məlumatlarının emalı müzakirə olunacaq
Sentyabrın 8-də saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) "Yer qabığı dinamikasını öyrənmək məqsədi ilə yüksək dəqiqlikli GPS ölçü məlumatlarının GAMIT/GLOBK emalı" adlı beynəlxalq seminarın açılışı olacaq.
AMEA Yer Elmləri Bölməsi və ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun (MTİ) birgə təşkil etdiyi, Rusiya, Türkiyə və Gürcüstan alimlərinin də qatıldığı tədbirdə Azərbaycan və qonşu ərazilərin geodinamik şəraiti müzakirə ediləcək.
AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirə KİV dəvət olunur.
Həqiqət İSABALAYEVA
05/09/14 Çap et