Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic” yeni “4K” plazma televizorunu nümayiş etdirib


Berlində keçirilən "IFA 2014" sərgisində "Panasonic" şirkəti "ən yaxşı" təsvirə malik yeni televizorunu nümayiş etdirib. Şirkətdən bildirilib ki, yeni "AX900" televizoru plazma texnologiyası üzrə hazırlanıb və diaqonalı 85 düym təşkil edir. Yeni televizor "4K" videonu dəstəkləyir.

Qeyd edək ki, bundan əvvəl "Panasonic"in nümayəndələri bildirmişdilər ki, plazma televizorların buraxılışını dayandırırlar, çünki bu texnologiyaya tələbat azalır və xərclər isə sabit olaraq yüksək qalır. Avropada şirkət bu ilin oktyabrından 55 və 65 düymlük diaqonallı ekrana malik modellərin satışına başlayacaq.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hələ ki yeni televizorun qiyməti açıqlanmayıb.

Emil Hüseynov
 





06/09/14    Çap et