Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Dell” dünyanın ən keyfiyyətli təsvir ölçülü ilk monitorunu təqdim edib
“Dell” şirkəti “IFA 2014” sərgisində 5K (5120×2880 piksel) təsvir ölçülü dünyanın ilk 27 düymlük monitorunu nümayiş etdirib.
İlin sonunadək bu qurğunun satışlarına start veriləcək, cihazın qiyməti 2500 dollar olacaq.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, 5K təsvir ölçüsündə piksellərin sayı QHD (2560×1440 nöqtə) formatını dörd, “Full HD” (1920×1080) formatını yeddi dəfə ötür. “Dell” keyfiyyətli təsvirin təmini üçün “PremierColor” firma texnologiyasından istifadə edib.
Bundan başqa, monitor 16 Vatt gücündə “Harmon Kardon” stereodinamikləri, 6 USB portu və kardrider ilə təchiz olunub.
Emil Hüseynov
06/09/14 Çap et