Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fənlərarası tədqiqatlara həsr olunmuş “Beynəlxalq Yay məktəbi” keçiriləcək


Sentyabrın 9-dan 12-dək Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda (FHI) Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində fənlərarası tədqiqatlara həsr olunmuş “Beynəlxalq Yay məktəbi” keçiriləcək.
 
 
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə Fransanın Nitsa Sofiya Antipolis Universiteti (Universite Nice Sophia Antipolis), Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun (İNALCO – İnstitut National des Langues et Civilisations Orientales) alimləri iştirak edəcək.
 
 
FHI-dən bildirilib ki, “Yay məktəbi”ndə azərbaycanlı tədqiqatçılarla yanaşı, qeyd edilən elmi tədqiqat mərkəzlərinin alimlərinin mühazirələri dinləniləcək və mövzu ətrafında geniş fikir mübadiləsi aparılacaq.
 
 
Qeyd edək ki, IV Bakı Beynəlxalq Humanitar Forumu 2-3 oktyabr tarixində keçiriləcək. Forumda bir çox istiqamətlər üzrə “dəyirmi masa”ların təşkili nəzərdə tutulur. Səkkiz istiqamət üzrə bölünən mövzulara ilk növbədə “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdimatı” daxildir.
 
 
 İki bölmədən ibarət bu hissəyə “A bölməsi”ndə “Multikulturalizm fəlsəfəsi və müxtəlif ölkələrdə müqayisəli tədqiqatların spesifikası. Milli kimlik konsepsiyalarının siyasi-hüquqi aspektləri və liberalizmlə kommunitarizmin sintezi şəraitində mədəni müxtəliflik təcrübəsi. Multikulturalizm müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayışı siyasəti kimi”, “B bölməsində “Plüralist mədəni paradiqma humanist multikulturalizmin mahiyyəti kimi. Böyük ədəbi və mədəni abidələrin müqayisəli tədqiqi tətbiqi multikulturalizmin formalaşmasının əsası kimi. Sivilizasiyaların qovuşuğunda müqayisəli kulturoloji tədqiqatların ümumi və xüsusi cəhətləri (“Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud”)” daxildir.
 
İkinci mövzu “ Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlanır və Mədəniyyətlərarası  və sivilizasiyalararası  dialoqun  həyata keçirilməsi  şəraitində XXI əsr jurnalistikasının problemləri. Sosial media bumu: informasiya cəmiyyətlərində jurnalistikanın inkişafının  yeni modeli.
 
Qloballaşma şəraitində müasir elmin humanitar problemlərinin işıqlandırılmasında medianın yeri və rolu”na həsr olunub. “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusu üzrə “Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar”, “Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi”, “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri” müzakirə olunacaq. Növbəti istiqamət “Davamlı inkişaf və ekoloji sivilizasiya”dır.
 
Bu istiqamət üzrə “Ekoloji sivilizasiyaya transformasiya məqsədilə davamlı inkişafın səmərəli idarə edilməsi”, “Davamlı inkişaf naminə insan potensialının formalaşdırılması”, “Davamlı inkişaf konsepsiyasının reallaşdırılmasında vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolu” müzakirəyə çıxarılacaq. “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” adlı beşinci istiqamətə “Orientalizm və “postorientalizm”: elmi tədqiqatların yeni problematikası”, “Şərq – Qərb dialoqu: qloballaşma şəraitində Şərqin mənəvi-mədəni həyatının transformasiyaları və yeni paradiqmalar”, “Yeni sosio-mədəni meyillər və postsovet məkanında identiklik axtarışı” daxildir. Altıncı istiqamət “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər” adlanır və buraya “Müasir mərhələdə molekulyar biologiyanın nəzəri və tətbiqi aspektləri”, “Biotexnologiyada innovasiyaların reallaşdırılmasının etik və metodoloji problemləri”, “Müasir təbabətdə kök hüceyrələrinin tətbiqi probleminin müxtəlif aspektləri” daxildir. Yeddinci istiqamət “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”na həsr olunub. Burada “Nüvə texnologiyaları və istilik-nüvə energetikası”, “Transqressiyanın azaldılması üçün nüvə və  bərpa olunan   enerjilərinin konvergensiyası”, “Radiasiya, nano və bionanotexnologiyaların  konvergensiyası” yer alıb. Sonuncu istiqamət “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” adlanır ki, buraya da “Prioritetlərin dəyişməsi: yeni universalizmin formalaşması və tolerantlığın mühüm mənəvi dəyər kimi irəli sürülməsi”, “Postmodern dövrü  mənəviyyatının normativ-dəyər  strukturu və ümumbəşəri dəyərlər”, “Azərbaycanın mədəni siyasəti cəmiyyətin bütövlüyünün təminatçısı kimi” mövzuları aid edilib.
 
 
Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forum - bəşəriyyətdə  maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə “Nobel” mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.
 
 2010-cu ilin Forumunun təşəbbüsçüləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun həmkarı, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev olub. Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları iddialı məsələ, gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşmasıdır. Foruma həmçinin “ Dünyanın ən böyükləri” dəvət olunurlar, bunlar dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləridir. İnsan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli tapılır.
 
Forumun qloballaşma dövründə humanitar problemlərə aid olan və bəşəriyyətin ürək ağrısını özündə əks etdirən mövqeləri Bakı Bəyannaməsində işıqlandırılır. Forumun məqsədi “dəyirmi masa”lar vasitəsilə dialoqun qurulmasıdır.
 
 Bu şüuru  həyəcanlandıran, çox aktual mövzular arenasında sadə insandan dövlət liderinədək hamı eyniliklə eşidə və eşidilə bilər. Forumun vəzifəsi -  ideyalar, nəzəri və praktiki bilik mübadiləsi,  konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılmasıdır. Forumun nəticəsi, beynəlxalq təşkilatlara, ölkə liderlərinə və ayrılıqda hər bir şəxsə tövsiyələr və müraciətlərdə təcəssüm olunur.
 
Artıq ənənələrə malik forum ildə bir dəfə Bakı şəhərində keçirilir.
 
 
Həqiqət İSABALAYEVA
 




06/09/14    Çap et