Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kişilər və qadınlar hansı mobil telefon növünə üstünlük verir ?!


“İnneractive” şirkəti tədqiqat keçirib. Tədqiqatın məqsədi ABŞ-da mobil platforma istifadəçilərinin gender tərkibinin aşkara çıxardılması olub.

Məlum olub ki, “Android” istifadəçiləri arasında istifadəçilərin əksəriyyətini kişilər (təxminən 61%) təşkil edir. “iPhone” sahibi olan kişilər 51%, qadınlar isə 49% təşkil edir. Qəribə də olsa, qadınların 59%-i “Blackberry”-nin pərəstişkarıdır. Kişilər “Symbian" sahibləri arasında da liderdirlər.

Əminliklə demək olar ki, kişilər smartfonlardan qadınlardan daha çox istifadə edirlər. Tədqiqatın digər hissəsi bu və ya digər cinsin tez-tez istifadə etdiyi proqramlara aid olub. Burda da, həmçinin təəccüblü heç nə olmayıb.

Belə ki, qadınların əyləncə proqramlarına, sosial xidmətlərə və bilməcələrə, kişilərinsə idman proqramlarına, müxtəlif oyunlara və pokerə üstünlük verdiyi məlum olub.




25/08/11    Çap et