Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya aviaşirkətləri qalxma və enmə zamanı elektron qurğulardan istifadəyə icazə verib


Yaponiya aviadaşıyıcıları təyyarənin qalxması və enməsi zamanı elektron qurğulardan istifadəyə qoyulan qadağanı ləğv etmək barədə qərar qəbul edib. Dövlət Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi ABŞ və Avropa İttifaqında analoji tendensiyalara əsaslanaraq bu qərara gəlib.
 
Bundan sonra Yaponiya hava yollarının bütün təyyarələrində elektron qurğuları xüsusi “uçuş zamanı” rejiminə keçirməklə onların geniş çeşidindən istifadə etmək mümkün olacaq. Rejim mobil rabitə qurğusunu söndürəcək, eyni zamanda zəng etməyi və ya SMS göndərməyi qeyri-mümkün edəcək. Lakin Yaponiyada əksər daxili aviamarşrutlar simsiz “Wi-Fi” internet sistemi ilə təchiz olunduğuna görə uçuş zamanı internetə qoşulmaq imkanı olacaq.
 
Yaponiya mütəxəssislərinin fikrincə, bu ciddi dəyişikliyin yaratdığı başlıca üstünlüklərdən biri sərnişinlərin qanuni şəkildə öz qurğuları ilə təyyarənin qalxması və enməsi zamanı onun şəklini və ya videosunu çəkə bilməsindədir, - “İTAR-TASS” yazır.




08/09/14    Çap et