Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ildə mobil rabitə xidmətləri üzrə qlobal gəlir 1 trilyon ABŞ dollarını ötəcək


“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, 2015-ci ildə mobil rabitə xidmətlərindən əldə olunacaq qlobal gəlir 1 trilyon ABŞ dollarını ötəcək. “4G LTE” texnologiyasının tətbiqi artımı təmin edəcək, lakin ekspertlər xəbərdarlıq edirlər ki, müsbət effekt uzun sürməyəcək.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislər cari ildə dördüncü nəsil mobil rabitəsinin populyarlaşması fonunda orta gəlir artımına ümid edirlər. “3G” xidmətlərdən əldə olunan gəlirlər, əksinə, 2014-cü ildən etibarən azalmağa başlayacaq.

“Strategy Analytics”in proqnozuna görə, bu il LTE qoşulmaların sayı 544 milyona çatacaq, 2020-ci ilədək isə 3,9 milyardı ötəcək.

Emil Hüseynov




08/09/14    Çap et