Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” aptekləri qeyri-qanuni reklam etdiyinə görə 500 milyon dollar cərimə ödəyəcək
“Google” şirkəti 500 milyon dollar cərimə ödəməyə razılaşıb. Buna əvəz olaraq korporasiya ABŞ-da qadağan edilmiş onlayn apteklərin reklamından əldə etdiyi gəlir üzrə cinayət təqibindən azad ediləcək. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Federal məmurların sözlərinə görə, 2003-cü ildən “Google” şirkətinin “AdWords” kontekst reklam sistemi vasitəsi ilə bəzi apteklərin Amerikada qadağan edilən resept preparatları satdığı məlum olub.
“Google” şirkəti 2011-ci ildə elan edib ki, bundan sonra reklamı yalnız öz ölkəsində fəaliyyət lisenziyasına malik olan apteklərdən qəbul edəcək.
25/08/11 Çap et