Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ULTRA” Azərbaycanda ilk olaraq “HP Gold Server specialist” statusunu qazandı
Daimi yenilikləri ilə Azərbaycanın İT bazarında aparıcı mövqe tutan “ULTRA” şirkəti növbəti dəfə “HP” korporasiyasının “HP Gold Server specialist” və “HP Silver Storage specialist” kimi yüksək tərəfdaşlıq sertifikatına layiq görüldüyünü açıqlayıb.
“HP specialist” statusu sayəsində “ULTRA” şirkəti şəbəkə avadanlığı, məlumatların saxlanması sistemi və server avadanlığı kimi “HP” məhsulları üzrə kompleks həllər təqdim etmək imkanı qazanır. “HP specialist” statusu şirkət mütəxəssislərinin “HP” şirkətinin server məhsulları və məlumatların saxlanması sistemləri haqqında dərin biliyə sahib olduqlarını, sifarişçinin tələblərinə maksimal dərəcədə cavab verən həllər qurmaq, həmçinin, məlumatların saxlanması və mühafizəsi zamanı virtuallaşdırma həllərini tətbiq etmək imkanına malik olduqlarını göstərir.
Bundan başqa, “ULTRA” şirkəti Azərbaycan bazarında “HP Gold Server specialist” statusunu qazanmış ilk şirkət oldu.
“Biz HP-nin etibarını yüksək qiymətləndirir və uzun illərdir davam edən bu əməkdaşlığa böyük dəyər veririk. Həm Azərbaycanın İT bazarındakı satış, həm də ekspertizanın inkişafı sahəsində gördüyümüz işlərin nəticəsi, dəfələrlə yüksək tərəfdaş statuslarına layiq görülüb. Tərəfdaş statusları “ULTRA” şirkətinin mütəxəssislərinin, müxtəlif miqyaslı şirkət və təşkilatlar üçün “HP” məhsulları bazasında, daha effektli hesablama komplekslərinin və istənilən mürəkkəbliyə malik sistemlərin tətbiqi və işlənib hazırlanması sahəsində yüksək səriştə və geniş imkanlara malik olduğunu bir daha təsdiq edir. Şirkətimiz tərəfindən qoyulmuş, Azərbaycan bazarına yüksək texnologiyaların tətbiqi və yüksək İT xidmətlərin göstərilməsi strategiyasının icra edilməsində “HP” kimi tərəfdaşlarımızın böyük dəstəyi təcrübəsi vardır. Bu gün yerli və dünya bazarında “HP” öz sözünü demiş bir korporasiyadır və biz bu korporasiyanın rəsmi statuslu tərəfdaşı olmaqla məmnunluq hissi duyuruq.
Qeyd edim ki, biz bu ildən “HP” korporasiyasının tərəfdaşlıq proqramına əsasən Rəsmi Servis Mərkəzinin fəaliyyətinə də başladıq. Texniki Servis Mərkəzinin köməyi ilə zəmanətli və ya zəmanətdən sonra göstərə biləcək texniki dəstək xidmətləri ilə “HP”-ni layiqincə təmsil edirik”, - “ULTRA” şirkətinin direktoru Zaur Məmmədzadə bildirib.
RƏVAN
08/09/14 Çap et