Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda elektron ticarətin həcmi artıb



Azərbaycanda cari ilin yanvar-avqust aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 1,7 milyon manat olub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu statistik göstəricini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə 6,9 faiz artım qeydə alınıb.
 
Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,4 faizini hüquqi, 21,6 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.
 
Elektron ticarət dövriyyəsinin 88,9 faizini qeyri-ərzaq malları təşkil edib.
 
CAHANGİR




09/09/14    Çap et