Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni metrostansiyada müasir informasiya texnologiyaları
Yeni metrostansiya ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib. 7-ci mikrorayon ərazisində istifadəyə veriləcək stansiyadakı vəziyyət haqda danışan Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva bildirib ki, stansiya beynəlxalq standartlara uyğun tikilir. Orada bütün infrastruktur o, cümlədən informasiya və kommunikasiya texnologiyaları ən müasir tələblər səviyyəsində qurulub. Burada məlumat üçün pos terminallar və əhalinin bütün informasiyaları əldə etməsi üçün monitorlar da qurulacaq. Çox güman ki, yeni stansiya yaxın vaxtlarda istifadəyə veriləcək. Bu stansiya üçün Rusiyadan 10 yeni vaqon alınıb».
Daha bir yenilik yaxın gələcəkdə paytaxt metropolitenində müasir texnologiya əsasında dördzolaqlı eskalatorların yaradılacağı ilə bağlıdır.
Bundan başqa, bütün stansiyalarda gündəlik xəbər bankının ötürülməsi üçün elektron tablolar qurulacaq.
06/06/11 Çap et