Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet istifadəçilərinin təxminən 25 faizi televizor izləmir


"Strategy Analytics" analitik şirkətinin tədqiqat məlumatına əsasən, ABŞ və Qərbi Avropada internet istifadəçilərinin təxminən 26 faizi gün ərzində, heç olmasa, bir dəfə belə televizoru açmır. İnternet şəbəkələrdə videoyayım xidmətlərindən (OTT, over-the-top xidmətlər) istifadəylə kompüterlərdə televiziya verilişlərini izləməyə üstünlük verirlər.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, tədqiqat 2013-cü ilin dördüncü rübündə 6 mindən çox internet istifadəçisinin iştirakı ilə keçirilib.
 
Digər 74 faiz televizoru izləyir.
Rəyi soruşulmuşların təxminən 33 faizi televizoru izləmə zamanı digər kommunikasiya vasitəsinə maraq göstərmirlər. Onlar izlədikləri verilişi telefon zəngi, SMS mesaj, messencer və ya sosial şəbəkələrin köməyi ilə başqaları ilə müzakirə etmir.
 
Televiziya tamaşaçılarının 18 faizi izlədikləri verilişi "Twitter"də şərh edirlər. Respondentlərin 12 faizi veriliş haqda fikir mübadiləsi üçün mobil telefondan istifadə edirlər.
 
Emil Hüseynov
 
 




09/09/14    Çap et